olkepress.com
olkepress.com

Ramana sakinlərinin yol problemi - VİDEO

2-02-2021, 16:34

Ramana sakinlərinin yol problemi - VİDEOPaytaxtın Sabunçu rayonu, Ramana Südçülük savxozu ərazisində yaşayan sakinlər uzun müddətdir ki yolsuzluqdan əziyyət çəkir.

Baku TV xəbər verir ki, H.Z.Tağıyev küçəsində kanalizasiya xətlərinin yoxluğu, yığılıb qalan qrunt suları sakinlərin gediş-gəlişini çətinləşdirir.

Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də onların şikayətlərinə baxılmayıb.

“Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı Baku TV-yə bildirib ki, Ramana qəsəbəsinin bir sıra küçələrində infrastruktur qurulmayıb. Baş plana uyğun olaraq Ramana qəsəbəsinin bütün küçələrində çirkab su infrastrukturu ilə təmin olunması nəzərdə tutulur.




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi