olkepress.com
olkepress.com

Kəlbəcərin 2 saylı məktəbində şıdırğı yığım - VİDEO

11-01-2021, 12:53

Kəlbəcərin 2 saylı məktəbində şıdırğı yığım - VİDEOKəlbəcər təhsilində rüşvət, anarxiya hökm sürür. Uzun müddətdir ki, rayonun təhsil şöbəsi rəhbərliyinin neqativ əməllərindən, Kəlbəcər məktəblərində yaşanan özbaşınalıqlardan bəhs olunur.

Reportyor.info xəbər verir ki, bu dəfə rayonun 2 saylı orta məktəbində rüşvət yığımını əks etdirən video kadrlar yayılıb. Əlində siyahı tutan, pul verənlərin bir-bir adını çəkən müəllimlərdən biri qeyd edir ki, yığılan vəsait əlavə sinif açmaq məqsədi daşıyır. Digər müəllimin əlində isə 50 manatlıq əskinas gözə dəyir. Üstəlik, bu bazarlıq edilərkən şagirdlər də onların yanındadır. Müəllimlər olduqca “nümunəvi” davranırlar. Görünür ki, bu kadrlar pandemiyadan əvvəl çəkilib. Çünki martdan bəri tədris dayandırılıb, dərslər onlayn keçirilir. Lakin bu, Kəlbəcərin 2 saylı məktəbində rüşvətin olmadığını təkzib etmir.
Qeyd edək ki, məktəbin direktoru Azad Əsgərovdur.




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi