olkepress.com
olkepress.com

Ermənilərin əsir götürdüyü Aminin yeni görüntüsü yayıldı - VİDEO

27-11-2020, 17:10

Ermənilərin əsir götürdüyü Aminin yeni görüntüsü yayıldı - VİDEO“İnfoteka24” saytı ermənilər tərəfindən əsir götürülən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Amin Musayevin fotosunu paylaşıb.

Görüntülərdə bunun Amin Musayev olduğu görünür, ancaq onun harada saxlanıldığı barədə məlumat verilməyib.
Xatırladaq ki, noyabrın 12-də “ANNA News” “YouTube” kanalında azərbaycanlı əsirə (Amin) rusiyalı jurnalist tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. Həmin video erməni tərəfinin humanizm nümunəsi kimi qələmə verilsə də, sonradan ermənilərin hərbçimizə işgəncə verməsinə dair video da ortaya çıxıb.

Onun harada olması barədə məlumat yoxdur.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi ilə hərbi əsir haqqında hər hansı məlumatın yalnız onların ailələrinə veriləcəyini bildirib.

Hərbçimizin dayısı Sənan Sadıqov isə onun haqqında ancaq sağ olduğunu bildiklərini deyib.
A.Musayev Ağstafa rayon sakinidir, ailənin tək övladıdır.

ölkəpress.com






XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi