olkepress.com
olkepress.com

Beyin iflicindən əziyyət çəkən yeddi yaşlı Nurayın müalicəsi üçün pula ehtiyac var - FOTO - VİDEO

20-11-2020, 18:28

Beyin iflicindən əziyyət çəkən yeddi yaşlı Nurayın müalicəsi üçün pula ehtiyac var - FOTO - VİDEOSerebral iflicdən (beyin iflicinin ağır forması) əziyyət çəkən yeddi yaşlı Nuray Salahlının valideynləri Media.Az-ın redaksiyasına müraciət ediblər.

Belə ki, balaca Nurayın müalicəsi üçün ailənin 10 min manat məbləğində pula ehtiyacı var.

Nurayın anası Səbinə Salahovanın dediyinə görə, bu illər ərzində qızı Azərbaycanda müalicə alsa da, müalicə gözlənilən nəticə verməyib.

Uşağın valideynləri müalicə üçün türkiyəli həkim Sərdar Dağla əlaqə yaradıblar. Nurayın xəstəliyinin tarixini öyrənən türkiyəli həkim balacanı müalicə edə biləcəyini bildirib. Həkimin dediyinə görə, iki il ərzində Nurayın gəzməsinə və danışmasına nail olmaq mümkündür. İstanbula yollanmaq avqust ayına planlaşdırılırdı, lakin maliyyə çatışmazlığı səbəbindən Salahovlar səfəri təxirə salmağa məcbur olublar.
Hər ötən ay ərzində uşağın vəziyyətində geri dönməz proseslər baş verir.
“Əlimizdə olan hər şeyi, hətta çarpayını da satmışıq. Yerdə yatırıq. Nurayın müalicəsini təmin etmək üçün əlimizdən gələni edirik. Ancaq indi bütün ümidimiz uşağımıza yeni bir həyat bəxş edə biləcək səxavətli insanlaradır. Hamıdan imkan daxilində Nuraya kömək etmələrini xahiş edirəm”, - deyə Səbinə Salahova söyləyib.

Nuray Salahlıya kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:

Beyin iflicindən əziyyət çəkən yeddi yaşlı Nurayın müalicəsi üçün pula ehtiyac var - FOTO - VİDEO




Beyin iflicindən əziyyət çəkən yeddi yaşlı Nurayın müalicəsi üçün pula ehtiyac var - FOTO - VİDEO



Beyin iflicindən əziyyət çəkən yeddi yaşlı Nurayın müalicəsi üçün pula ehtiyac var - FOTO - VİDEO


Beyin iflicindən əziyyət çəkən yeddi yaşlı Nurayın müalicəsi üçün pula ehtiyac var - FOTO - VİDEO







XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi