olkepress.com
olkepress.com

Əsir düşmüş əsgərlərimizi xilas etmək üçün kampaniya başladılıb - VİDEOLAR

20-11-2020, 17:51

Əsir düşmüş əsgərlərimizi xilas etmək üçün kampaniya başladılıb - VİDEOLARNoyabrın 12-də “ANNA News” YouTube kanalında azərbaycanlı əsirə (Amin) rus jurnalisti tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb.

Həmin materialda Aminin erməni hərbçisinin söyüşünə cavab verməsi də görünür. Sözügedən video ermənilər tərəfindən azərbaycanlı hərbçilərə münasibətdə humanizm kimi təqdim olunub.

Bir neçə gün sonra sosial şəbəkələrin erməni seqmentində daha bir video paylaşıldı.
Bu video materialda Aminin mikro avtobusda (tibbi yardım maşını olduğu ehtimal edilir) erməni hərbçilər tərəfindən işgəncələrə məruz qalması görünür.
Ermənistan tərəfi əsir götürülmüş azərbaycanlı hərbçilər arasında Amin və Bayram adlı şəxslərin olmadığını iddia edir.

Belə halda biz Amin və Bayramın həyatını xilas etmək üçün sosial şəbəkələrdə müvafiq olaraq #bringbackAmin və #bringbackBayram həştəqi ilə kampaniya başladılmasına qərar vermişik.
Məsələnin araşdırılması üçün paralel olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinə fərdi müraciətlər (email və ya tag formasında) olunmalıdır. Problem geniş işıqlandırıldıqdan sonra ermənilər Amin və Bayramın taleyi barədə məlumat verməyə məcbur olacaqlar.


ölkəpress.com













XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi