olkepress.com
olkepress.com

Xankəndi-Şuşa-Laçın yolu açıq elan edildi - VİDEO

18-11-2020, 12:09

Xankəndi-Şuşa-Laçın yolu açıq elan edildi - VİDEOXankəndi-Şuşa-Laçın yolu nəqliyyat vasitələri üçün tam açıq elan edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Russia Today" kanalı məlumat yayıb.

Yola rus sülhməramlıları nəzarət postlarından başqa, rus helikopterləri də müşahidələr aparır.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Respublikası Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti üçtərəfli bəyanat imzalayıb. Bəyantda qeyd olunub ki, Ermənistan Respublikası 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonunu geri qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi