olkepress.com
olkepress.com

"Sovetski"-dən köçürülənlər pullarını tələb edirlər - VİDEO

26-09-2020, 10:32

"Sovetski"-dən köçürülənlər pullarını tələb edirlər - VİDEOSentyabrın 25-də keçmiş “Sovetski” sakinləri Yasamal Rayon İcra Hakimiyyətin qarşısına toplanaraq etiraz ediblər.

Ölkəpress.com-un xəbərinə görə, müxtəlif illərdə evləri sökülən sakinlərin ortaq narazılığı verilən kompensasiyanın azlığıdır.

“Bəzi hallarda məmurlar deyir ki, 1500 manatdan narazısınızsa, niyə bu qiymətlə razılaşıb çıxmısınız? İçində yaşadığımız halda buldozerlə dağıdırdılar evimizi. Bu səbəbdən çıxmışıq. Lakin yağışdan da qaçıb, yağmura düşmüşük. ”At yalı” qəsəbəsində kanalizasiyasız, internetsiz qalmışıq. Biz köçməmişik, ora sığınmışıq”, - “Sovetski”nin keçmiş sakini Kübra Rəhimova deyir.

Sakinlər deyir ki, keçirdikləri etiraz aksiyalarından sonra onlara evlərinin hər kvadratmetrinə görə əlavə 500 manat kompensasiya ödəniləcəyi deyilib, amma bu da belə olmayıb: “Verilməliydi, amma verilməyib. Heç bir qəpik də...”

Yasamal Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olan sakin deyir ki, başçı Elşad Həsənov onlara məsələni araşdırdıqlarını, bu müddət ərzində gözləməli olduqlarını bildirib.Meydan.tv



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi