olkepress.com
olkepress.com

Bərdənin icra başçısı Şəhidlər kompleksini dağıdıb, 1 ha ərazini mənimsədi - VİDEO

11-08-2020, 12:08

Bərdənin icra başçısı Şəhidlər kompleksini dağıdıb, 1 ha ərazini mənimsədi - VİDEOBərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin Şəhidlər Xiyabanını məhv etməsi və ərazini sənədləşdirərək, qaynının adına keçirdiyi ortaya çıxıb.

Rayon sakinlərinin Axar.az-a verdiyi məlumata görə, şəhərin mərkəzində - Heydər Əliyev prospektində yerləşən Şəhidlər kompleksinin ərazisi vaxtilə rəsmi tədbirlərin, konsertlərin keçirildiyi məkan olub. Hətta sözügedən məkanda izdihamlı tədbirlərin və Şəhidlər kompleksinin fotolarını redaksiyaya təqdim edən sakinlərin sözlərinə görə, 2011-ci ildə Vidadi İsayevin rayona rəhbərliyə başlamasından sonra əraziyə münasibət də dəyişib, qəsdən baxımsız qalan məkan az sonra hasarlanaraq, mənimsənilib.Bərdənin icra başçısı Şəhidlər kompleksini dağıdıb, 1 ha ərazini mənimsədi - Video

Redaksiyaya təqdim edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1047163 (Seriya XR) çıxarışında da göstərilir ki, Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 1 hektar ərazi 24 may 2017-ci ildə Çingiz Kəmaləddin oğlu Bünyatova 49 il müddətinə (2066-cı ilə qədər) “icarəyə” verilib. Sakinlərin bildirdiyinə görə, Çingiz Bünyatov icra başçısı Vidadi İsayevin qayınıdır və dolayısı ilə icra başçısı sözügedən ərazini özü ələ keçirib.Bərdənin icra başçısı Şəhidlər kompleksini dağıdıb, 1 ha ərazini mənimsədi - Video

Qeyd edək ki, bu, icra başçısı haqda ilk şikayət deyil. Bir neçə ay öncə V.İsayevin sərvətlərinin siyahısı mediada açıqlanmışdı. Onun sərvətləri sırasında Bərdədəki Heydər Əliyev parkında xidmət obyektlərinin də olduğu bildirilmişdi.

V.İsayevin Bərdə rayonunun aztəminatlı ailələri üçün ayrılan yardımları, o cümlədən dövlətin bu ailələrə dəstək niyyətilə yaratdığı ictimai iş yerlərinə görə verilən maaş kartlarını mənimsədiyi də iddia edilmişdi.

Ölkəpress.com





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi