olkepress.com
olkepress.com

İyun ayına şadlıq evlərində boş yer yoxdur - VİDEO

23-04-2020, 10:26

İyun ayına şadlıq evlərində boş yer yoxdur - VİDEOMəlum olduğu kimi, Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar martın 15-dən etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilmir.

Bu durğunluq Ramazan ayının başlaması səbəbindən hələ mayın sonuna qədər davam edəcək.
Restoran sahibləri Baku TV-yə açıqlamalarında bildiriblər ki, Ramazan may ayına təsadüf etdiyi üçün toylarda aktivlik gözlənilmir.
Eyni zamanda, karantinlə əlaqədar təxirə salınan toylar növbəti aylara keçirilib. Mayın sonundan etibarən şadlıq evlərində, demək olar ki, bütün günlərə sifarişlər qəbul edilib.
Qiymətlərə gəldikdə, hələlik nə azalma, nə də artım nəzərdə tutulmur. Məbləğ ənənəvi qaydada, menyulara uyğun və adam sayına görə müəyyənləşdirilir.

Ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
MƏZƏNNƏ
 Valyuta məzənnəsi