olkepress.com
olkepress.com

Mənsimovun anası : Mübarizimi yıxa bilməyəcəklər – VİDEO

23-03-2020, 13:49

Mənsimovun anası : Mübarizimi yıxa bilməyəcəklər – VİDEOTürkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun anası ilk dəfə bununla bağlı aşıqlama verib.

Sozcu.az sosial şəbəkələrdə yayılmış açıqlamanı təqdim edir:
Zümrüd xanım, oğlunuzu Feto və PYD terror təşkilatı ilə əlaqədə ittiham edərək həbs ediblər. Oğlunuz hansısa terror təşkilatı ilə əlaqədə olması ilə bağlı və oğlunuzun hazırkı həbsi ilə bağlı nə deyə bilərsiz?
Zümrüd Mənsimova: Bala, mən Mubariz də daxil övladlarımı çox böyük əziyyətlə amma halal zəhmətimlə böyütdüm. Uşaqlıqdan ona dediyim həmişə bu olub ki, əgər bir gün bilsəm ki vətənə zərrə qədər ziyan verəcək iş görmüsən mən bunu sənə keçmərəm. Mübariz Azərbaycan və Türkiyə üçün nənki öz canını hətta oğullarını belə qurban verməyə hazırdır. Mənim oğlumu şərlədilər, gözləri götürmürdü Mübarizimi… Amma nə qədər çalışsalar da Mübarizimi yıxa bilməyəcəklər. Çünki onun dayağı Allahdır və haqdır mənim oğlum. Mən bilirəm yüzlərlə insan oğlum üçün dua edir, onun azad olmasını istəyir. Sona qədər oğlumun yanındayam və Allahın köməyi ilə tezliklə aramızda olacaq.

Ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi