olkepress.com
olkepress.com

Sürücü bu maşından sağ çıxdı - VİDEO

7-01-2020, 15:52

Sürücü bu maşından sağ çıxdı - VİDEOBakının Qaradağ rayonunda minik avtomobili idarəetmədən çıxaraq yük maşını ilə toqquşub.

Ölkəpress.com APA-ya istinadla xəbər verir ki, qəza Lökbatan dairəsi adlanan ərazidə baş verib.
Hadisə şahidi, Gürcüstan vətəndaşı Omari Qardavili açıqlamasında bildirib ki, "AzSamand" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsinin təkərlərində problem yaranıb. Nəticədə avtomaşın idarəetmədən çıxıb və dairəvi yoldakı arakəsməyə çırpılıb.
Bu zaman nəqliyyat vasitəsinin təkəri qırılıb. Sürücü özünü avtomobildən çölə atıb və sağ qalıb. Daha sonra avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış yük maşınına çırpılıb. Hadisə nəticəsində sürücünün xəsarət aldığı bildirilir. "AzSamand" markalı avtomobil isə yararsız vəziyyətə düşüb.
Əraziyə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı araşdırılır.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi