olkepress.com
olkepress.com

Bakıda qəzalı vəziyyətdə olan binanın üzlük daşları avtomobillərin üzərinə düşdü - VİDEO

21-01-2022, 13:09

Bakıda qəzalı vəziyyətdə olan binanın üzlük daşları avtomobillərin üzərinə düşdü - VİDEO

Bakıda binadan qopan daş parçaları sakinlərin avtomobillərinə ziyan vurub.

Manset.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Zığ şossesi küçəsində qeydə alınıb.

43 nömrəli binanın üzlük daşı güclü külək nəticəsinə qoparaq, həyətdə park edilmiş avtomobillərin üzərinə düşüb.

Sakinlər binanın yararsız vəziyyətdə olduğunu deyirlər. İddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

Sakinlər problemin qısa zamanda aradan qaldırılacağına ümid edirlər.




Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi