olkepress.com
olkepress.com

Bəzi tibbi arayışlar pullu olacaq - VİDEO

10-12-2021, 11:09

Bəzi tibbi arayışlar pullu olacaq - VİDEO

“Bir sıra arayışlar sığorta hesabına pulsuz, bəziləri isə ödənişli olacaq”.

Ölkəpress.com xəbər verir ki, bu barədə “Xəzər Xəbər”ə İcbari Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Səbinə Quliyeva münasibət bildirib.

Belə ki, bundan sonra bəzi arayışlara görə rüsum ödəniləcək.

Rüsumların məbləği İcbari Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırda müəyyənləşdirilir.

İki ilə yaxın müddətdir ki, tətbiq edilən və 2 500-dən çox ödənişsiz xidməti özündə ehtiva edən Xidmətlər Zərfinə bir çox arayışların verilməsi də daxil ediləcək. Gələcəkdə Xidmətlər Zərfi çərçivəsində verilən arayışların sayı artırılacaq.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayından etibarən Azərbaycanda Nazirlər Kabineti tərəfindən Xidmətlər Zərfi təsdiq edilib. Həmin zərfə daxil olan tibbi xidmətlər tam ödənişsiz həyata keçirilir. Arayışlar haqqında məlumat da məhz bu zərfə daxil edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi