Binəqədi rayon sakini Vüsal Abdullayev də Problem-ə öz çəkdiyi video ilə müraciət ünvanlayanlar sırasındadır. Əsən güclü külək onun yaşadığı evə ciddi ziyan vurub.Binəqədi rayonu, Xutor qəsəbəsi, 1-ci şimal tingliyi, 8-ci sıra 22/22 ünvanında yerləşən fərdi evin dam örtüyünün 50 kvm-i uçub. Uçan dam örtüyü yaxınlıqda yerləşən daha iki evə ciddi ziyan vurub. Ev sahibi baş vermiş qəza ilə bağlı hər hansı kompensasiya alıb-almayacağını öyrənmək niyyəti ilə “Problem”ə üz tutub. Biz də öz növbəmizdə həm Binəqədi rayon İcra Hakimiyyəti, həm də Fövqəladə Hallar Nazirliyi ilə mövcud məsələni müzakirə etdik. Baxmayaraq ki, onun sığortasının olmadığını öyrənəndən sonra bunun mümkün olmayacağını bilirdik. Elə hər iki qurum dediklərimizi təsdiqlədi. Fövqəladə Hallar Nazirliyindən yalnız Rayon İcra Hakimiyyətinin müraciəti əsasında evin vəziyyəti ilə bağlı rəy verə biləcəklərini söylədilər.
Digər şikayətçi isə Nizami rayonu ərazisində parkanmış avtomobilinin üzərinə ağac aşması nəticəsində ziyan çəkən Naib Rzayevdir. Avtomobil sahibi özü də hadisə zamanı avtomobilin içində olub. Xoşbəxtlikdən heç bir xəsarət almayıb.
Naib Rzayev yalnız icbari sığortasının olduğunu bildirərək, bu halda ona hansısa ödəniş edilə biləcəyini öyrənmək istəyir.
Hər iki hadisə ilə bağlı sığorta eksperti İlkin İbrahimovun rəyini öyrəndik.
Belə... Sığortanın nə qədər önəmli olduğunu bir daha acı təcrübə ilə gördük. Ehtiyatın igidin yaraşığıdır. Çalışın bundan sonra ehtiyatınızı möhkəm tutasız.
ölkəpress.com