Pakistanın Qotki bölgəsində ciddi insan tələfatı ilə nəticələnən qəza baş verib.Ölkəpress.com xəbər verir ki, iki qatarın toqquşması nəticəsində 40-a qədər insan həyatını itirib. 50 nəfər xəsarət alıb. Məlumata görə, qatar hərəkətdə olarkən vaqonlardan biri relslərdən çıxaraq qarşı yolda hərəkət edən qatarla toqquşub.
Ümumilikdə 22 vaqon çevrilib. Hadisənin səbəbləri araşdırılır.