olkepress.com
olkepress.com

Türkiyənin robot-əsgəri orduda xidmətə başlayır

25-05-2021, 12:22

Türkiyənin robot-əsgəri orduda xidmətə başlayır


Türkiyənin çoxməqsədli yerüstü pilotsuz hərbi aparatı BARKAN iyun ayında xidmətə girəcək.

Bu barədə HAVELSAN (Hava Elektronik Sanayi) şirkətinin baş direktorunun müavini Muhittin Solmaz “Anadolu” Agentliyinə məlumat verib.

Onun sözlərinə görə, BARKAN bir sıra sınaqlardan uğurla keçib.

“Əsas məqsədimiz bu cihaza süni intellekt tətbiq etməkdir. Bu vasitələrin pilotsuz uçuş aparatları, digər uzaqdan idarə edilən quru nəqliyyat vasitələri, həmçinin insanlı nəqliyyat vasitələri ilə birgə tapşırıqlar yerinə yetirməsi səhra şəraitində qoşunlarımızın effektivliyini artıracaq”, - deyə M.Solmaz bildirib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi