Tayvanda sərnişin qatarı qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var - VİDEO
Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi informasiya agentliyi bildirir.
Qeyd edilir ki, qəza təxminən yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 5:00-da) Xuayalyan rayonunda tuneldə olub.
Hadisə zamanı qatarın 8 vaqonunda 350 sərnişin olub.
Bildirilir ki, ikinci və üçüncü vaqon relsdən çıxıb.
Birinci üç vaqondan artıq 60 sərnişin azad edilib, bununla yanaşı, dördüncü və beşinci vaqona güclü ziyan dəyib, hazırda xilasetmə əməliyyatı aparılır.
Agentliyin fövqəladə xidmətlərə istinadən məlumatına görə, “qəza yerində üzərində həyat əlaməti olmayan çoxlu sərnişin var".
"Reuters" agentliyi isə bildirib ki, qəza nəticəsində azı 4 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
ÖLKƏPRESS.COM