olkepress.com
olkepress.com

Ağciyərlərinin 90 faizi zədələnən koronavirus xəstəsi sağaldı

23-02-2021, 12:12

Ağciyərlərinin 90 faizi zədələnən koronavirus xəstəsi sağaldıRusiyanın Qaraçay-Çərkəz Respublikasında ağciyərlərinin 90 faizi zədələnən koronavirus xəstəsi sağalıb.

TASS xəbər verir ki, yanvarın 15-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 67 yaşlı rusiyalının ağciyərlərinin biri 80 faiz, digəri isə 90 faiz zədələnmiş olub.
“Demək olar ki, bir ay həmin şəxs süni tənəffüs aparatına bağlı qalıb. Həkimlər hər gün onun həyatı üçün mübarizə aparıblar”, - deyə operativ qərərgahdan agentliyə bildirilib.

Artıq həmin şəxsin özünü yaxşı hiss etdiyi, sərbəst nəfəs aldığı bildirilir.

Kompüter tomoqrafiyasında isə müsbət dinamika müşahidə olunur.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi