olkepress.com
olkepress.com

İranda 60 milyon insan peyvənd olunacaq

13-02-2021, 11:35

İranda 60 milyon insan peyvənd olunacaqSon sutka ərzində İranda koronavirusa 7 min 298 nəfər yoluxub, 58 nəfər isə ölüb.

Hit.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 503 min 753 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 809-a çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 729 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 285 min 14 xəstə sağalaraq evə buraxılıb.

Rusiyadan alınan "Sputnik V" vaksinin 2-ci partiyası fevralın 18-də Tehrana gətiriləcək. Səhiyyə Nazirliyinin açıqlamasına əsasən əhalinin 70 faizi, başqa sözlə 60 milyon insan peyvənd olunacaq. Gələn ilin sonuna kimi peyvənd vurulmasını başa çatdırmaq üçün gün ərzində müxtəlif vilayətlərdə 200 min nəfər peyvənd olunacaq.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi