olkepress.com
olkepress.com

MEMATT sınaqlardan uğurla çıxdı - VİDEO

8-02-2021, 09:49

MEMATT sınaqlardan uğurla çıxdı - VİDEOTürkiyənin müdafiə sənayesinin istehsalı olan mexaniki minatəmizləyən maşın MEMATT sınaqlardan uğurla keçib.

Ölkəpress.com bildirir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Qardaş ölkə Azərbaycana ixrac etdiyimiz MEMATT 2020-ci ilin oktyabr ayından Milli Minatəmizləmə Mərkəzimiz tərəfindən beynəlxalq standartlarda sertifikatlaşdırma testlərinə cəlb olundu və bütün testlərdən keçərək tam qiymət aldı", deyə Türkiyə MN-nin məlumatında bildirilir.

Qeyd edək ki, MEMATT 500 metr məsafədən idarə olunur. Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərini sürətləndirmək üçün Türkiyədən 20 ədəd MEMATT alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi