olkepress.com
olkepress.com

Putin Ərdoğanı təbrik edib

30-12-2020, 19:41

Putin Ərdoğanı təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğanı Yeni il münasibətilə təbrik edib.

“Haber Global” bu barədə Kremlin açıqlamasına istinadla xəbər yayıb.

Mesajda Putin Rusiya-Türkiyə münasibətlərinin bütün əsas sahələrində davam edən inkişafından məmnun olduğunu qeyd edib.

O, bildirib ki, çətin sanitariya və epidemioloji vəziyyətə baxmayaraq əhəmiyyətli siyasi dialoq davam etdirilir, enerji sahəsində mühüm ortaq layihələr sistematik şəkildə həyata keçirilir, hərbi-texniki, ticari-iqtisadi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədə saxlanılır.

“Əminəm ki, gələn il Moskva və Ankara Avrasiyada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində, rus və türk xalqlarının maraqlarına tam cavab verən şəkildə ikitərəfli, regional və beynəlxalq gündəmin aktual məsələlərində səmərəli əməkdaşlıq edəcəklər”.

ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi