olkepress.com
olkepress.com

Koronavirus peyvəndi vurulan İsrail vətəndaşı öldü

28-12-2020, 20:10

Koronavirus peyvəndi vurulan İsrail vətəndaşı öldüYaşlı İsrail vətəndaşı koronavirusa qarşı “Pfizer” peyvəndi olunduqdan sonra infarkt keçirib.

“RİA Novosti” bu barədə İsrail Səhiyyə Nazirliyinə istinadla xəbər yayıb.
“Ölkənin şimalından, ürək xəstəliyindən və xərçəngdən əziyyət çəkən, əvvəllər bir neçə dəfə infarkt keçirən 75 yaşlı kişi bu gün səhər koronavirus əleyhinə peyvənd edildi və peyvənd olunduqdan bir müddət sonra evdə ölüb”, - deyə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunur.

Hadisəni araşdıran komissiyadan bildirilib ki, ölümün peyvəndlə hansısa əlaqəsi aşkar etməyib, peyvənd kampaniyası davam edir.

Xatırladaq ki, İsraildə COVID-19-a qarşı əhalinin kütləvi peyvəndlənməsi 20 dekabrda başlayıb.

ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi