olkepress.com
olkepress.com

Bu ölkə "Facebook"u 6 milyon dollar cərimələdi

27-11-2020, 13:18

Bu ölkə "Facebook"u 6 milyon dollar cərimələdiCənubi Koreya hökuməti konfidensial məlumatların qorunması qanunu pozduğuna görə Facebook şirkətini 6 milyon dollar dəyərində cərimələyib.

Ölkəpress.com “technote”a istinadən xəbər verir ki, istifadəçilər öz “Facebook” hesabları vasitəsilə kənar servislərə daxil olan zaman şirkət onların konfidensial məlumatlarını üçüncü tərəflərə ötürübmüş.

Qeyd edək ki, 6 il ərzində “Facebook” şirkəti öz istifadəçilərinin razılığı olmadan onların konfidensial məlumatlarını biznes operatorlara ötürüb.

Bu, Cənubi Koreya tarixində kənar ölkənin şirkətinə qarşı tətbiq olunmuş ilk sanksiyadır. 2012-ci ildən 2018-ci ilə kimi Facebook şirkəti 3.3 milyon koreyalı istifadəçinin konfidensial məlumatlarını üçüncü tərəflərə ötürüb. Bundan əlavə olaraq həmin şəxslərin Facebook-dakı dostlarının konfidensial məlumatları da üçüncü tərəflərə ötürülürdü və bu məsələdə həmin istifadəçilərin razılığı əldə olunmurdu. Ötürülmüş konfidensial məlumatlar arasında istifadəçilərin adları, ünvanları, doğum tarixləri və sosial şəbəkədə qeyd etdikləri münasibət statusu olub.(lent.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi