olkepress.com
olkepress.com

Ərdoğanı verilişdə təhqir etdirdi- VİDEO

17-11-2020, 17:59

Ərdoğanı verilişdə təhqir etdirdi- VİDEORusiyanın "Rossiya 1” Televiziya kanalında yayımlanan "Vladimir Solovyov ilə Axşam” proqramı növbəti dəfə qalmaqallı çıxışlara səhnə olub.

Sfera.az xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən Savaşı dövründə və ondan sonrakı müddətdə mütəmadi olaraq qərəzli mövqe və jurnalist etikasına sığmayan şərhlərə yer verən, türk düşməni, islam əleyhdarı mövqeyindən çıxış edən Vladimir Solovyov bu dəfə daha da irəli gedib.
Heç bir qırmızı xətti və sərhədi olmayan Solovyov verilişin 17.11.2020-ci il buraxılışına qonaq qismində özü qədər Azərbaycan və Türkiyəyə nifrət saçan "Həqiqət Uğrunda” partiyasının üzvü Sergey Mixeevi dəvət edib.

Türkiyə mövzusunda debat zamanı Mixeev özünün sözdə həqiqətini unudaraq Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyip Ərdoğanı açıq təhqir edib.

Rəsmi kanalda açıq-aşkar təhqiramiz ifadələr işlətmək jurnalist etikasının kobud şəkildə pozulmasıdır. Təəssüflə qeyd edək ki, Solovyov və ona bənzər subyektlərin bu etikadan istədikləri kimi sui-istifadə halları hər keçən gün artmaqdadır.

Kim bilir, bəlkə də bu "həqiqət” axtaranlara dərs vermək zamanı yetişib.

ölkəpress.com





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi