olkepress.com
olkepress.com

Mövlud Çavuşoğlu: “Avstriya xalqı ilə həmrəyik”

3-11-2020, 13:18

Mövlud Çavuşoğlu: “Avstriya xalqı ilə həmrəyik”Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Vyanadakı silahlı hücumla əlaqədar Avstriya xalqına başsağlığı verib.

“Terrorizm bəşəriyyətin düşmənidir. Bu şərə qarşı mübarizə üçün bütün dünya ictimaiyyətinin səmimi əməkdaşlığı lazımdır. Türkiyə bu faciəli gündə Avstriya xalqı ilə həmrəydir”, - deyə Türkiyənin Xarici İşlər naziri öz “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, bu gecə Vyanada baş verən terror aktı zamanı biri terrorçu olmaqla dörd nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi