olkepress.com
olkepress.com

Makrondan müsəlmanlara zərbə

2-10-2020, 21:05

Makrondan müsəlmanlara zərbəFransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağ məsələsində ədalətsiz mövqe göstərməklə seçilir.
İndi bu dövlət başçısından müsəlmanlara daha bir zərbə gözlənilir.

Olkepress.com Bizimyol.info-a istinadən xəbər verir ki, Makron Fransada böyük müzakirəyə və mübahisələrə səbəb olan “Ayrı-seçkiliklə mübarizə” layihəsini açıqlayıb. Layihə özündə bir çox qadağaları əks etdirir. Bunlardan biri də Fransada qadınların başını örtməsidir. Şirkətlərdə başını bağlamaqla işləmək mümkün olmayacaq.

Layihə dekabrda parlamentə təqdim ediləcək. Makron bununla respublika dəyərlərinə daha çox hörmət olunacağına inanır.

Camilərdə və dərnəklərdə din dərslərinə icazə verilməyəcək. Makronun dediyinə görə, ölkədə azı 60 min gənc dərnəklərdə ərəb dilini öyrənir. Bundan sonra yalnız məktəblər bu işlə məşğul olacaq.

Layihə Fransadakı müsəlman kəsimin heç ürəyincə deyil. Bununla bağlı ciddi etirazlar var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi