olkepress.com
olkepress.com

İrəvanda bacısının başını plastik torbada gəzdirən şəxs həbs olunub - VİDEO

2-08-2020, 17:58

İrəvanda bacısının başını plastik torbada gəzdirən şəxs həbs olunub - VİDEO58 yaşlı İrəvan sakini 68 yaşlı bacısının başını kəsib və onu plastik torbaya qoyub.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası xəbər yayıb.

Xəbərdə deyilir ki, polis qan izləri aydın görünən torbanı qatilin əlində görüb. Vətəndaşa yaxınlaşaraq plastik torbanın içində nə olduğunu soruşub. Özünü şübhəli aparan şəxs deyib ki, o, plastik torbanı atmağa aparır.

Polis plastik torbaya baxış keçirən zaman məlum olub ki, torbanın içində kəsilmiş qadın başı var. Dərhal həbs olunan şəxs polis şöbəsinə gətirilib.

“Armenian News”un müxbirinin verdiyi məlumata görə, içində kəsik baş olan plastik torba hələ də cinayəti törətməkdə şübhəli bilindiyinə görə həbs olunan 58 yaşlı vətəndaşın saxlandığı polis idarəsinin yaxınlığındakı ərazidə yerdə qalmaqdadır.

Elbəyi Həsənli, Sürix

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi