Məni yenə öldürmək istədilər - Prezident açıqladı
Kolumbiya hökuməti mənə daha bir neçə dəfə sui-qəsd təşkil edib.
Axar.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib.
“Məlum hücumdan sonra məni öldürmək üçün yenə bir neçə dəfə cəhd etdilər. ABŞ-ın razılığa ilə Kolumbiya bir neçə bu vəzifəni üzərinə götürdü. Kolumbiya uzun müddətdir ki, Venesuelanı hərbi hücum platforması kimi istifadə etməyə çalışır”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, ötən ilin avqustunda parad zamanı N.Maduroya qarşı dronlarla sui-qəsd təşkil edilmişdi.
7 hərbçinin yaralandığı olaydan prezident sağ xilas olmağı bacarmışdı.
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |