olkepress.com
olkepress.com

“Facebook” yeni loqotipini təqdim etdi

5-11-2019, 12:12

“Facebook” yeni loqotipini təqdim etdiDünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” loqotipini dəyişib. Ancaq qeyd edək ki, sosial şəbəkənin rəsmi loqotipi əvvəlki kimi görünəcək.
Mark Zukerberqin korporasiyasının yeni loqotipində bütün hərflər böyük hərflə yazılıb və şrift xüsusi hazırlanıb. Buna baxmayaraq, yeni loqotip çox adi görünür.


Yeni loqonun gif versiyasında “Facebook” sosial şəbəkəsinə daxil olan “Instagram”, “WhatsApp”, “Osulus” və digər şirkətlərin rəng çalarları görünür. Belə ki, burada mavi (“Facebook”un özü), göy qurşağının narıncı-bənövşəyə çalarları (“Instagram”), yaşıl (“WhatsApp”) rənglər diqqət çəkir. Rəsmi olaraq, yeni loqotip yaxın gələcəkdə sənədləşmə və marketinq materiallarında da istifadə olunmağa başlanacaq.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi