olkepress.com
olkepress.com

1000 nəfərdən çox insan ölüb - VİDEO

26-03-2020, 10:22

1000 nəfərdən çox insan ölüb - VİDEOKoronavirusa yoluxanların sayı isə 65 mini keçib

ABŞ ərazisində koronavirusun səbəb olduğu xəstəliyin qurbanlarının sayı 1 000 nəfərdən çoxdur.
Bununla bağlı göstərici ölkədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin xəbərlərində yer alıb.
Universitetin informasiyasına görə, Birləşmiş Ştatlarda xəstəlikdən qeydə alınmış ölüm hallarının sayı 1 031 təşkil edir. Ölkədə koronavirusa 68 572 yoluxma qeydə alınıb.
Koronavirus ilk dəfə 2019-cu ilin sonunda Mərkəzi Çində, Uhan şəhərində qeydə alınıb. COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib.
Dünyada koronavirus qurbanlarının sayı 18 min nəfərdən artıqdır. Koronavrusa yoluxanların ümumi sayı 414 179 nəfərdir.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi