olkepress.com
olkepress.com

“WhatsApp”ın kompüterdə istifadəçiləri təhlükə altındadırlar

8-02-2020, 11:25

“WhatsApp”ın kompüterdə istifadəçiləri təhlükə altındadırlarDesktop kompüterlərdən yazışmağa imkan verən “WhatsApp” tətbiqində son vaxtlara qədər ciddi bir zəiflik vardı.

Belə bir qərara “PerimeterX” şirkətindən olan tədqiqatçılar apardıqları araşdırmalar nəticəsində gəliblər.
Məlum olub ki, bu zəiflik həm “Windows”, həm də “macOS”lərin “WhatsApp”ında müşahidə olunub. Cinayətkarlar “javascript” kodunu ismarışla göndərərək, kompüterdə fayllara uzaqdan daxil ola, mesajlarda mətni dəyişdirə və ya zərərli proqram quraşdıra bilərdilər. Tətbiqi hazırlayanlar bu zəiflikləri ehtiva edən “Chromium” sürgüsünün köhnəlmiş versiyasını istifadə etdiklərinə görə kompüterlərdə “WhatsApp” istifadəçiləri müdafiəsiz qalıblar.
Bir müddət əvvəl isə “VKontakte” və “Telegram” mesencerinin həmtəsisçisi Pavel Durov “WhatsApp”ın “casusluq” etdiyinə əmin olduğunu bildirmişdi. Onun fikrincə, “Facebook”a məxsus servisi işləyib hazırlayanlar qəsdən ona “backdoor” əlavə edirlər ki, istifadəçiləri izləyə bilsinlər.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi