olkepress.com
olkepress.com

Tbilisidə mitinqlərdə daha 2 nəfər saxlanıldı

9-12-2024, 17:45

Tbilisidə mitinqlərdə daha 2 nəfər saxlanıldı

Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinqlərdə iğtişaşların təşkili və iştirakında ittiham olunan daha iki nəfər saxlanılıb. Onlardan biri xarici ölkə vətəndaşıdır.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rustaveli prospektindəki aksiyada təqsirləndirilən şəxslərin zorakılıq hərəkətləri edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı, onlara müxtəlif əşyalar atdığı bildirilir.

Tbilisidə mitinqlər başlayandan indiyədək 28 nəfər saxlanılıb.
Gürcüstanda hökumət əleyhinə nümayişlər noyabrın 28-dən başlayıb. Buna səbəb isə Baş nazir İrakli Kobaxidzenin hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının Avropa İttifaqına üzvlüklə bağlı müzakirələr məsələsini 2028-ci ilin dekabrına qədər gündəliyə daxil etməməyi və həmin tarixə qədər Aİ-dən heç bir büdcə qrantı almayacağı barədə qərarı bəyan etməsindən sonra başlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi