olkepress.com
olkepress.com

Kamala Haris Trampı ələ saldı

15-10-2024, 17:18

Kamala Haris Trampı ələ saldı

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının namizədi Kamala Harris rəqibi Donald Trampı balanssız siyasətçi adlandırıb və onu hakimiyyəti ələ keçirmək niyyətində olduğunu bildirib.

Pensilvaniya ştatının Eri şəhərində keçirilən seçki kampaniyasında vitse-prezident Trampın çıxışlarından ibarət videoçarx təqdim edilib. Harris Trampın onu dəstəkləməyən və ya onun iradəsinə tabe olmayan hər kəsi ABŞ-ın düşməni hesab etdiyini xatırladıb: “Bütün bu illərdən sonra biz Donald Trampı yaxşı tanıyırıq. O, hakimiyyəti ələ keçirmək üçün heç nədən çəkinmir”. Demokratların namizədi həmçinin Trampın aqressiv ritorikasına və qeyri-sabit davranışına diqqət çəkərək, onun seçkilərdə daha çox səs gətirməyən məmurlara, qərarları ilə razılaşmadığı hakimlərə və yazılarını bəyənmədiyi jurnalistlərə necə hücum etdiyini təsvir edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi