olkepress.com
olkepress.com

Əfsanəvi beysbolçu 84 yaşında vəfat edib

1-10-2024, 17:27

Əfsanəvi beysbolçu 84 yaşında vəfat edib

Amerikalı əfsanəvi beysbolçu Pit Rouz 84 yaşında vəfat edib.

Olkepress.com “Report” -a istinadən xəbər verir ki, o dünyasını dəyişən zaman həkim nəzarətində olmayıb və nəşini ailə üzvlərindən biri aşkarlayıb.

Bu səbəbdən sabiq idmançının ölüm səbəbi bəlli deyil.

Qeyd edək ki, P.Rouz 1963-1986-cı illərdə “Major League Baseball”da çıxış edib. O, üç dəfə çempionluq sevinci yaşayıb, bu liqanın və dünya seriyasının ən dəyərli beysbolçusu seçilib. P.Rouz oyun sayına (3562) görə də rekordçudur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi