olkepress.com
olkepress.com

Qadınların edamına görə birinci yerdədir

5-03-2024, 22:37

Qadınların edamına görə birinci yerdədir

İran qadınların edamına görə dünya üzrə birinci yerdədir.

Bu barədə martın 5-i insan haqları ilə bağlı Parisdə keçirilən mərasimdə təqdim olunan 146 səhifəlik hesabatda bildirilib.

Qeyd edilib ki, 2023-cü ildə İran hökuməti 22 qadın məhkumu edam edib.

Hesabatda 2010-2023-cü illər arası İran həbsxanalarında ümumilikdə 210 qadının dar ağacından asıldığı vurğulanıb.

İnsan haqları müdafiəçiləri 2023-cü ildə İran həbsxanalarında 834 məhbusun edam edildiyini, bunun 709 nəfərinin, yəni 85 faizinin hökumət tərəfindən rəsmi olaraq elan edilmədiyini bildiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi