olkepress.com
olkepress.com

Netanyahu nazirləri test edəcək

7-01-2024, 23:24

Netanyahu nazirləri test edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu nazirlərin yalan detektoru testlərindən keçməsini tələb edən qanun layihəsi təqdim etməyi planlaşdırır.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, Baş nazir təhlükəsizlik və kabinet iclaslarına qatılan bütün nazirləri yalan detekoru testindən keçirməklə üçün qanun təklif etməyi planlaşdırdığını bildirib.

Netanyahu bu planı Nazirlər Kabinetinin iclasında açıqlayıb:

“İsrail parlamenti gizli olan xəbərlərin sızdırılması problemindən əziyyət çəkir. Belə davam edə bilmərik”.

Qeyd edək ki, Təhlükəsizlik Kabinetinin yanvarın 4-də keçirilən iclası Baş Qərargah rəisi Herzi Halevi başda olmaqla bir çox nazir və ordu nümayəndələri arasında gedən qızğın müzakirələrlə yadda qalıb.

Müxalif “Gələcək Var” Partiyasının lideri Yair Lapid, “Kabinetdən sızmalar biabırçılıqdır və kabinetin təhlükəli olduğunun başqa bir sübutudur” , - deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi