olkepress.com
olkepress.com

İsrail azad etdiyi fələstinli məhbuslara bunları qadağan etdi

24-11-2023, 23:43

İsrail azad etdiyi fələstinli məhbuslara bunları qadağan etdi

İsrail fələstinli məhbusların azadlığa buraxılması üçün bir sıra qadağalar qoyub.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyi məlumat yayıb.

Bildirilib ki, sərbəst buraxılan fələstinlilərin mətbuata açıqlama verməsi qadağan edilib.
Bundan əlavə, azadlığa buraxılacaq məhbusun evində görüşə icazə verilməyəcək.

Həmçinin, azad edilmiş fələstinli məhbuslar və onların ailələrindən bayram üçün şirniyyat paylamamaları istənilib.

Bu qadağalara əməl etməyən fələstinli məhbuslar təxminən 18 min dollar cərimələnəcək.

Qeyd edək ki, İsrail və HƏMAS arasında məhbus mübadiləsi razılaşması əldə edilib. Bu razılaşma çərçivəsində Həmas 50, İsrail isə 150 ​​fələstinli məhbusu azad edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi