olkepress.com
olkepress.com

HƏMAS-ın məxfi sənədləri ələ keçdi

15-10-2023, 17:16

HƏMAS-ın məxfi sənədləri ələ keçdi

HƏMAS-ın məxfi sənədləri açıqlanıb.

Onlar ölü yaraqlıların üzərində tapılıb.

Cebhe.info “Sky News” kanalına istinadən xəbər verir ki, üzərində “Tamamilə məxfi” qeyd olunan sənədlər İsrail əsgərləri və fövqəladə hallar xidmətləri tərəfindən aşkar edilib. Oradakı məlumatlar oktyabr 2022-ci il tarixinə aiddir. Sənədlər ərəb dilində səkkiz səhifədir.

Telekanal sənədləri ekspertlərə göstərib. Onlar da öz növbəsində sənədlərin çox güman ki, orijinal olduqlarını irəli sürüblər.

Sənədlər göstərir ki, HƏMAS ötən ilin oktyabr ayından İsrailə hücum planlaşdıra bilərdi. Gizli məlumatda həmçinin kibbutza (insanlaırn toplandığı yer) hücumdan, əsgərləri tutmaq və mülki şəxslər arasında girov götürmək planlarından da bəhs edilir. Bunun nəticəsində HƏMAS İsraili danışıqlara məcbur edəcəyini güman edirdi.

Daha əvvəl İsrail Ordusunun mətbuat xidməti ordunun genişmiqyaslı quru əməliyyatına diqqət yetirməklə, Qəzza zolağında HƏMAS-a qarşı növbəti hərbi əməliyyata hazır olduğunu bildirib.

Məlumat üçün bildirək ki, oktyabrın 7-də Yaxın Şərqdə vəziyyət gərginləşib. Bu, radikal Fələstin hərəkatının yaraqlılarının İsrail ərazisinə daxil olmasından sonra baş verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi