olkepress.com
olkepress.com

Havay adalarında mindən çox insan itkin düşdü

21-08-2023, 07:20

Havay adalarında mindən çox insan itkin düşdüYanğınlardan sonra mindən çox insanın itkin düşdüyü ABŞ-nin Havay ştatının Maui adasında axtarış əməliyyatları davam edir.

Axar.az xəbər verir ki, bu barədə Havay adalarının qubernatoru Coş Qrin CBS telekanalında məlumat verib.

Onun sözlərinə görə, itkin düşən 1050 nəfərin axtarışı bir neçə həftə çəkəcək:

“Yanğından təsirə məruz qalan ərazilərin 85%-i yoxlanılıb. İndi biz böyük binaları tədqiq edirik, bunun üçün mərtəbələrin və konstruksiyaların təmizlənməsi tələb olunur”.

Qeyd edək ki, Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb, insanlar yanğından uzaqlaşmaq üçün okeana üzüblər. Onlar sahil mühafizəçiləri və könüllülər tərəfindən xilas ediliblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi