olkepress.com
olkepress.com

Abdullahiyan Səudiyyə Ərəbistanına səfər edəcək

14-08-2023, 08:58

Abdullahiyan Səudiyyə Ərəbistanına səfər edəcək İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yaxın günlərdə Ər-Riyada səfər etməyi planlaşdırır.

Səfərin ikitərəfli məsələlərin müzakirə olunacağı və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın Tehrana son diplomatik səfərinə cavab olacağı gözlənilir.

2023-cü il iyunun 17-də Fərhan Tehrana səfər edərək İranın xarici işlər naziri və prezident İbrahim Rəisi ilə görüşlər keçirib.

Məlumata görə, səfər avqustun 17-nə, cümə axşamına planlaşdırılıb.

Avqustun 6-da Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi İran Xarici İşlər Nazirliyinə səfirliyin rəsmi fəaliyyətinin fasiləsiz olduğunu təsdiq edən diplomatik hesabat göndərib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və onun Məşhəddəki baş konsulluğunun rəsmən fəaliyyətini bərpa etdiyi bildirilib.

Səudiyyə Ərəbistanının müvəqqəti işlər vəkili bir neçə həftə əvvəl Tehrana gəlib və İranın Səudiyyə Ərəbistanındakı səfirliyinin yeni müvəqqəti işlər vəkilinin tezliklə Ər-Riyada gedəcəyi gözlənilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi