Ermənilər Xaçatryana görə mitinq keçirir
BQXK-nın İrəvandakı ofisinin yaxınlığında Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan müharibə cinayətkarı, separatçı-terrorçu Vaqif Xaçatryanla bağlı mitinq keçirilir.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, etirazçılar BQXK-nın rəhbərini Cenevrədə beynəlxalq konfrans keçirib, hadisəni pisləməyə çağırırlar.
Qeyd edək ki, 1991-ci ilin sonunda Xocalının Meşəli kəndində azərbaycanlıları qətlə yetirən Vaqif Xaçatryanın vəhşiliyi sübut edildikdən sonra ona qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət açılmış və o, axtarışa verilmişdi. 29 iyul 2023-cü ildə BQXK-nin vasitəçiliyi ilə xəstə kimi İrəvana getmək istəyən V.Xaçatryan ifşa olunaraq, yaxalanıb və Bakıya gətirilib
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |