olkepress.com
olkepress.com

"Ukrayna ilə müharibə Rusiyada əslində ciddi çaşqınlıq yaratdı"

11-07-2023, 11:27

"Ukrayna ilə müharibə Rusiyada əslində ciddi çaşqınlıq yaratdı"Biz nəzərə almalıyıq ki, bu tip ifadələr zaman-zaman Rusiyanın ayrı-ayrı səlahiyyət sahibləri tərəfindən səsləndirilib. Müharibə hələ başlamamış Rusiya rəsmiləri hesab edirdilər ki, qısa zamanda onlar Ukraynanı məğlub edəcək edəcəklər. Lakin artıq 500 gün müddətində 233 mindən çox insan itkisi, ciddi hərbi texnikalar və milyardlarla maliyyə itkisinə məruz qalıblar və onların hesabladığı hərbi taktika iflasa uğradı bu məyusluq Rusiyada əslində ciddi çaşqınlıq yaratdı.

Bunu "Xalq Cəbhəsi"nə "Yeni Xətt Sosial Tədqiqatlar Mərkəzi"nin sədri, politoloq Ramil Hüseynov Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukrayna və Şərqi Avropadakı nüvə obyektlərini atəşə tutmağa çağırışına münasibətində deyib.

Politoloq bildirib ki, o cümlədən nəzərə almalıyıq ki, Ukraynaya kifayət qədər digər ölkələr tərəfindən çox böyuk dəstək var bu dövr ərzində Rusiya heç bir nüvə silahından istifadə imkanına malik olmadı. Ümumiyyətlə, nüvə muharibəsinə başlamaq Rusiyanın tamamilə sonun başlanğıcına gətirib çıxara bilər və bu təhlükəni Kremli idarə edənlər ciddi təhlil edirlər: "Qarşı tərəf və ya tərəflər qeyd edir ki, biz Putinin nüvə təhdidlərinə öyrəşmişik. Artıq Belarusiyada taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı açıqlamalarda olub, bu amilin özü də müharibə iştirakçılarının, yəni qarşı tərfləri düşünməyə vadar edir. Amerika prezidenti də Rusiyanın nüvə silahından istifadə edə biləcəyini istisna etməyib. Bu siyasi və hərbi gedişlərin arxasında nələr durur və problemin həllinin nə ilə nəticələcəyini hesablamaq yalnız bu ölkələri müharibəyə təhrik edən, maraqlı güclərin, korporativ maraqların dəqiq biləcəyi məsələdir. Nüvə silahından istifadə regionu radiaktiv xarabalığa çevirə bilər bu müharibənin ən pis varianta keçid alması olacaq. Ancaq Ukrayna ordusunun əks hucumlarının davam etdiyi bir vaxtda Rusiyada Qərbə qarşı nifrət ritorikası artdıqca nüvə silahından istifadə məsələsi həmişə təfəkkürlərdə siyasi qurtuluşun elementi kimi müzakirə mövsusudur. Nə Rusiya strareji məğlubiyyətə hazırdır, nə də Ukrayna münaqişənin dondurulmuş frazaya keçidinə hazırdır".

Politoloqun fikrincə, taktiki nüvə silahından münaqişə dövrundə istifadə olunmayıb. Rəsmi məlumatlar bunu təsdiqləməyib. ABŞ kəşfiyyatı Rusiyanın 2000 minə yaxın nüvə silahına malik olduğunu bildirir. Bu dəhşətli sikahlardan istifadə dünyada yeni dövrün başlanmasına əsas verəcək. Bu dövrü istəyən qüvvələr varmı, varsa qarşısını almağa hansı strateji, taktiki addımlaı düşünüblər: "Düzü, çox qaranlıq məsələdir, hər halda bu hərbi ekspertlərin analiz edəcəyi problemdir . Siyasi tərəfi çox dərindir hətta 1920-ci illərə ekskursiya etsək, məsələnin kökündə hansı siyasi maraqların durduğunu açıqca sezmək olur. Artıq dünyada müasir texnologiyalar o qədər sürətlə inkşaf edir ki, o texnologiyalar sistemini dunyaya səpələyənlər prosesin nə ilə bitəcəyini çox gözəl bilirlər".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi