olkepress.com
olkepress.com

Türkiyə İsveçə YAŞIL İŞIQ yandırdı

11-07-2023, 07:19

Türkiyə İsveçə YAŞIL İŞIQ yandırdı Türkiyə İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda parlamentə göndərilməsinə razılıq verib

Bu barədə NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsveç Baş naziri ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüş konstruktiv keçib.

"Mən Prezident Ərdoğan İsveçin üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə və protokolun təsdiqlənməsinə əmin olmaq üçün Millət Məclisi ilə ilə işləyəcəyinə razılıq verdiyi üçün şadam", - Stoltenberq vurğulayıb.

O, NATO-nun da öz növbəsində terrorla mübarizə üçün xüsusi mexanizm və nümayəndə postu yaradacağını vəd edib.

Qərara əsasən, İsveç Gömrük İttifaqının yenilənməsi və vizanın liberallaşdırılması da daxil olmaqla Türkiyənin Aİ-yə üzvlük prosesini fəal şəkildə dəstəkləyəcək.

“CNN Türk” kanalı qeyd edib ki, Türkiyə parlamenti bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi