olkepress.com
olkepress.com

BMT İranda araşdırmalara başladı

25-11-2022, 08:31

BMT İranda araşdırmalara başladı

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası İranda başlayan etirazlarda insan haqları pozuntularını araşdırmaq üçün ölkəyə nümayəndə heyəti göndərib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İnsan Haqları Şurası İranın paytaxtı Tehran da daxil olmaqla, ölkə daxilində insan haqlarının pozulması istiqamətində tədqiqatlar edəcək.
Belə ki, BMT-də qəbul edilən qərara uyğun olaraq, 16 sentyabr 2022-ci il tarixindən etibarən İran İslam Respublikasında baş verən etirazlarla bağlı insan hüquqlarının pozulması iddialarını araşdırmaq üçün yeni missiyasının yaradılması qərara alınıb.

25 ölkə İranda iddia edilən hüquq pozuntularının araşdırılması üçün nümayəndə heyətinin yaradılmasının lehinə səs verdiyi halda, 6 ölkə qanun layihəsinin əleyhinə səs verib,16 ölkə isə bitərəf qalıb.

Qeyd edək ki, səsvermə sentyabrın 16-da İranda əxlaq polisi tərəfindən həbs edilən Məhza Əminin ölümündən sonra başlayan etiraz aksiyalarını araşdırmaq məqsədilə keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi