olkepress.com
olkepress.com

Bağdad toqquşmalarla sarsılır - VİDEO

30-08-2022, 16:28

Bağdad toqquşmalarla sarsılır - VİDEO

Bağdadda tanınmış dini və siyasi lider Müqtəda əs-Sədrin milisləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir.

Ölkepress.com xəbər verir ki, milislər ağır silahlarla “yaşıl bölgə”yə hücum edir. Toqquşmalar nəticəsində azı 12 nəfər həlak olub. Bağdadda komendant saatı tətbiq edilib. Bir sıra dövlət qurumları işləmir. Məlumata görə, siyasi liderlər Müqtəda əs-Sədrə zəng edərək, ondan tərəfdarlarına geri çəkilmək barədə çağırış etməsini demək istəyirlər. Lakin Müqtəda əs-Sədr zənglərə cavab vermir. O, hadisələr barədə hələki açıqlama verməyib.

Qeyd edək ki, Müqtəda əs-Sədrin siyasətdən çəkilməsi ilə bağlı açıqlamasından sonra onun tərəfdarları Prezident sarayına hücum etmişdi. Ardınca polis güc tətbiq edərək, onları saraydan uzaqlaşdırıb.

Saraydan çıxan etirazçılar binanın ətrafında mövqe tutaraq, polislə toqquşub. Qeyd edək ki, Müqtəda əs-Sədr siyasətdən tamamilə çəkildiyini açıqlayıb. Onun nəzarəti altında bir sıra siyasi və silahlı qüvvələri olan qurumlar var idi. Müqtəda əs-Sədr həmin qurumların fəaliyyətini dayandırdığını açıqlayıb. Bir müddət əvvəl onun tərəfdarları parlament binasına hücum etmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi