olkepress.com
olkepress.com

Krımda şiddətli partlayışlar baş verdi - VİDEO

16-08-2022, 11:51

Krımda şiddətli partlayışlar baş verdi - VİDEO

Rusiyanın Müdafiə Nazirliyi Krımın Canköy rayonunda yerləşən hərbi hissədəki partlayışla bağlı məlumat yayıb.

Ölkepress.com xəbər verir ki, nazirlik hərbi hissədə partlayış baş verdiyini təsdiq edib. Bildirilir ki, hadisə zamanı itki olmayıb. Partlayışdan sonra hərbi hissədə yanğın baş verib. Hazırda yanğının söndürülməsi üçün işlər davam edir. Hadisənin səbəbləri barədə məlumat verilməyib. Qeyd edək ki, Krımda iki güclü partlayışın baş verdiyi bildirilir. Partlayışdan sonra ətrafda yaşayan yüzlərlə sakin öz imkanları ilə evlərini tərk edirlər. Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayışlar olub. Ukrayna tərəfi hücumun onlar tərəfindən təşkil olunduğunu açıqlamışdı.

Hücum zamanı bir neçə bina və azı 8 təyyarə sıradan çıxıb. 1 nəfər həlak olub. Yaralılar var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi