olkepress.com
olkepress.com

Fransada meymun çiçəyinə ilk yoluxma halı təsdiqlənib

20-05-2022, 17:33

Fransada meymun çiçəyinə ilk yoluxma halı təsdiqlənib

Parisin İl-de-Frans bölgəsində meymun xəstəliyinə yoluxma halı aşkarlanıb.

Bu barədə cümə axşamı Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Xəstənin kimliyi və yoluxma şəraiti açıqlanmır.

Məlumatda xəstənin yüksək hərarətinin olduğunu qeyd edilir.

Fransız həkimlər yoluxmadan şübhələnən hər kəsdən özünü təcrid etməyi xahiş edirlər.

Xatırladaq ki, bu yaz Avropada qeyri-adi dərəcədə çox sayda insan meymun çiçəyinə yoluxub. İspaniya və Portuqaliyada 40-dan çox yoluxma halı qeydə alınıb. Bu yaxınlarda İngiltərə və ABŞ-da analoji hallar aşkar edilib.

Mənbə: TASS

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi