olkepress.com
olkepress.com

İsrailin baş nazirinə içində güllə olan məktub göndərildi

27-04-2022, 11:21

İsrailin baş nazirinə içində güllə olan məktub göndərildi

İsrailin baş naziri Naftali Bennett və ailəsi ölümlə hədələnib.

Ōlkəpress.com xarici KİV-ə istinadən xəbər verir ki, İsrail polisindən verilən açıqlamada İsrail baş naziri Naftali Benett və ailəsinə ölüm təhdidləri ehtiva edən məktub göndərilib.

Polis cinayət bölməsi Lahav 433 və İsrail məxfi xidməti Şin Betdən gələn təhdid məktubu ilə bağlı birgə araşdırma başlatdıqlarını açıqlayıb.

Məlumata görə, sözügedən məktubun baş nazirin Raananadakı iqamətgahına göndərilib. Məktubun nə vaxt göndərildiyi məlum olmasa da, onun içində güllə olduğu bildirilib.

Bennett sosial media hesabından verdiyi açıqlamada məktubun siyasi xarakter daşıdığını ifadə edib:

“Mən baş nazir və siyasi xadiməm, eyni zamanda ər və atayam. Həyat yoldaşımı və övladlarımı qorumaq mənim borcumdur. Siyasi diskurs alovunu azaltmalıyıq” , - deyə qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi