olkepress.com
olkepress.com

Gürcüstanda yanacaq ucuzlaşacaq

11-04-2022, 19:22

Gürcüstanda yanacaq ucuzlaşacaq

Gürcüstanda yanacağın qiyməti tezliklə düşməlidir.

Bunu ölkənin Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

Fevralın sonunda Gürcüstanda yanacağın qiyməti növbəti dəfə rekord həddə qalxdı və bir litr üçün dörd lari həddini aşdı. Ekspertlər bahalaşmanın əsas amili kimi beynəlxalq bazardakı vəziyyəti və milli valyutanın dollara nisbətdə məzənnəsini göstəriblər.

“Dünya bazarlarında yanacağın qiyməti nisbətən ucuzlaşaraq bir bareli 95 dollara düşüb və lari dollara nisbətdə möhkəmləndiyinə görə, hörmətli yanacaq idxalçıları, gözləyirəm ki, ölkənin və əhalinin vəziyyətini nəzərə alacaqsınız və ən qısa zamanda Gürcüstanda qiymətlərə düzəlişlər ediləcək”, - Qaribaşvili vurğulayıb.

Onun sözlərinə görə, yanacağın bahalaşmasına dünya bazarlarında şok vəziyyəti yaradan Ukrayna hadisələri səbəb olub. Bu proseslər təbii olaraq yanacaq idxal edən Gürcüstana təsir edib.

Mənbə: Sputnik Gürcüstan

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi