olkepress.com
olkepress.com

Ağ Evin sözçüsü Psaki COVID-ə yoluxub

23-03-2022, 11:43

Ağ Evin sözçüsü Psaki COVID-ə yoluxub

Ağ Evin sözçüsü Cennifer Psakinin COVID-19 testi müsbət çıxıb.

Bu səbəbdən o, ABŞ prezidenti Co Baydeni Avropa səfərində müşayiət edə bilməyəcəyini açıqlayıb.

Psaki verdiyi yazılı açıqlamada dünən Baydenlə iki görüşdə iştirak etdiyini, lakin prezidentin sonuncu PCR testinin mənfi olduğunu qeyd edib.

“Peyvənd sayəsində çox yüngül simptomlarım var. Ağ Evin COVID-19 protokollarına uyğun olaraq evdən işləyəcəyəm və 5 günün sonunda mənfi test nəticəsi aldıqdan sonra işə qayıdacağam”, - deyə Ağ Evin sözçüsü əlavə edib.

Mənbə: TRT

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi